Rusiya təyyarələri Belqorodu bombalayıb
Rusiya təyyarələri Rusiyanın Belqorod şəhərinin enerji infrastrukturunu bombalayıb.
"İnformator.az" xəbər verir ki, bu barədə “Unian” məlumat yayıb.
Məlumata görə, nəticədə şəhərin mərkəzində və şəhərətrafı qəsəbələrdə elektrik enerjisi müvəqqəti olaraq kəsilib:
"Rusiya aviabombası Belqorodun Storozxevaya küçəsindəki yarımstansiyanın yaxınlığında düşüb”.
Hər hansı itkilər barədə məlumat verilməyib.
