Rusiya və İran Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Rusiya və İran diplomatları Xəzər problemini, Ukraynadakı, Mərkəzi Asiya və Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər.
Rusiya və İran diplomatları Xəzər problemini, Ukraynadakı, Mərkəzi Asiya və Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər.
İnformator.az TASS-a istinadən xəbər verir ki, müzakirələr Tehranda Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasin və onun iranlı həmkarı İbrahim Rəhimpur arasında baş tutub.
RF XİN-in mətbuat xidmətindən bildiriblər ki, danışıqlarda Rusiya-İran münasibətləri və regional problemlər danışıqlar mövzusu olub: \"Tərəflər Xəzər problemi, Ukraynadakı vəziyyət, Mərkəzi Asiya və Cənubi Qafqazdakı məsələlər üzrə müzakirələr aparıblar\".
Nazir müavinləri 2015-2018-ci illərdə XİN-lər arası əməkdaşlıq protokoluna uyğun olaraq, fikir mübadiləsinin müntəzəm aparılması barədə razılığa gəliblər.
