00:00:00
Yazar
Admin User
29.06.2025 15:23 191 1 dəq oxuma
Hadisə

Rusiya yaşayış binasına zərbə endirib

Rusiya yaşayış binasına zərbə endirib

 

Rusiya Stepnoqorsku aviasiya və artilleriya ilə atəşə tutub. 

 

"İnformator.az" xəbər verir ki, bu barədə Zaporojye vilayət dövlət administrasiyasının rəhbəri İvan Fyodorovun Teleqram kanalına istinadla xəbər verir.


İyunun 29-u səhər saat 06:00 radələrində Rusiya qoşunları Zaporojye vilayətinin Stepnoqorsk şəhərinə kütləvi zərbələr endirib. Yaşayış infrastrukturu zərbələrə tuş gəlib, mərmilərdən biri doqquzmərtəbəli binaya düşüb. Zərbə nəticəsində çoxmərtəbəli binanın dağıntıları altından 70 yaşlı qadının meyiti tapılıb.

 

Hadisə yerində fövqəladə xidmətlər işləyir, hücumun nəticələrinin aradan qaldırılması davam edir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər