00:00:00
Yazar
Admin User
26.12.2025 16:20 83 1 dəq oxuma
Dünya

Rusiya yeni raketinin ilk buraxılışını təxirə salıb

Rusiya yeni raketinin ilk buraxılışını təxirə salıb

Rusiya-Qazaxıstan birgə kosmik layihəsi olan “Bayterek” çərçivəsində yeni “Soyuz-5” raket daşıyıcısının ilk buraxılışı əlavə sınaqlar üçün təxirə salınıb.


"İnformator.az" xəbər verir ki, bu barədə “Roskosmos” məlumat yayıb.

 

“Layihə tərəfdaşları ilk buraxılış tarixlərini tənzimləmək və həm göyərtədəki sistemlərin, həm də yerüstü avadanlıqların əlavə sınaqlarını aparmaq qərarına gəlib”, - məlumatda deyilib.

 

Hazırda raket sistemlərinin və kompleksin komponentlərinin etibarlılığını təsdiqləmək üçün sınaqların davam etdiyi vurğulanıb.

 

Qeyd edək ki, raketin 2025-ci ilin sonlarında Qazaxıstandakı “Baykonur” kosmodromundakı “Bayterek” raket kompleksindən buraxılması planlaşdırılırdı.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər