00:00:00
Yazar
Admin User
08.09.2025 07:51 145 1 dəq oxuma
Hadisə

Rusiyada Azərbaycan vətəndaşı saxlanılıb

Rusiyada Azərbaycan vətəndaşı saxlanılıb

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları terror aktları hazırlamaqda şübhəli bilinən Azərbaycan vətəndaşını saxlayıb. 

 

“İnformator.az” xəbər verir ki, bu barədə məlumatı FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi yayıb. 

 

Bildirilib ki, həmin şəxs Stavropol diyarında saxlanılıb. 

 

İddialara əsasən, Azərbaycan vətəndaşı Yessentuki və Stavropol şəhərlərində nəqliyyat infrastrukturu və inzibati binalarla bağlı kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olub. Onun Ukrayna tərəfi ilə əməkdaşlıq etdiyi vurğulanıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər