00:00:00
Yazar
Admin User
21.12.2025 08:20 98 1 dəq oxuma
Hadisə

Rusiyada azərbaycanlı oğlunu maşınla vurub öldürüb

Rusiyada azərbaycanlı oğlunu maşınla vurub öldürüb

Rusiyada azərbaycanlı sürücü oğlunu təsadüfən avtomobillə vuraraq öldürüb.

 

“İnformator.az” APA-ya istinadla xəbər verir ki, hadisə Dağıstanda qeydə alınıb.

 

Beynəlxalq yükdaşımaları həyata keçirən Sabirabad rayonunun Çağırğan kənd sakini Şamil Şirinov idarə etdiyi TİR tipli yük avtomobilini arxaya verərkən 37 yaşlı oğlu Şirinov Camil Şamil oğlu iki avtomobilin arasında qalaraq faciəvi şəkildə ölüb. Şamil Şirinov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

 

Qeyd edək ki, ata və oğul hər ikisi beynəlxalq yükdaşıma həyata keçiriblər. Qəza zamanı onlar istirahət etmək üçün dayanıblarmış.

 

Faktla bağlı araşdırma aparılır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər