Rusiyada İslam bankının yaradılması planlaşdırılır
Rusiya parlamentinin alt palatası olan Dumanın Maliyyə Bazarları Komitəsinin sədri Anatoli Aksakov, Rusiyada İslam bankının yaradılması üçün intensiv işlərin aparıldığını açıqlayıb.
Aksakov, Rusiya Federasiyasına bağlı Tatarıstan Respublikasının paytaxtı Kazanda keçirilən bir tədbirdə çıxış edib.
Rusiyadakı iş dünyası və müsəlman nümayəndələri ilə İslam bankının yaradılmasını istişarə etdiklərini bildirən Aksakov, “Rusiyada bir İslam bankı qurmaq üçün intensiv şəkildə çalışırıq. Belə bir bank yaratmaq üçün ərəb ölkələri ilə də danışıqlar aparırıq” deyib.
Rusiyada müsəlmanların ümumi əhaliyə nisbətinin 2033-cü ilə qədər 30 faizə yüksəlməsi gözlənildiyi bir vaxtda, İslam bankçılığı da populyarlıq qazanır.
Rusiyanın Tatarıstan, Çeçenistan və Dağıstan kimi bəzi bölgələrində iştirak bankçılığına yönəlik eksperimental əməliyyatlara 1 sentyabr 2023-cü ildə başlanıb.
TRT XƏBƏR
Lalə Qurbanlı
