Rusiyada polis idarəsinə hücum edilib
Novoselitski bölgəsində polis idarəsinə girməyə çalışan 3 kamikadze giriş qapısında üzərlərindəki bombanı partladıb.
Rusiyanın cənubundakı Stavropol şəhərinin Novoselitski bölgəsində polis idarəsinə girməyə çalışan 3 kamikadze giriş qapısında üzərlərindəki bombanı partladıb.
İnformator.az “Tass”a istinadən xəbər verir ki, Daxili İşlər nazirliyi hücumda kamikadzelərdən başqa ölən, yaxud yaralı olmadığını açıqlayıb.
Dördüncü kamikadze isə polis tərəfindən zərərsizləşdirilib.
