Rusiyada silsilə partlayışlar: HHM-lər işə düşüb
Bu gün Rusiyanın Tula və Aleksin şəhərləri üzərində güclü silsilə partlayışlar eşidilib.
"İnformator.az" xəbər verir ki, bu barədə "Shot Teleqram" kanalı yerli sakinlərə istinadən məlumat yayıb.
Məlumata görə, ilkin olaraq Rusiyanın hava hücumundan müdafiə sistemi işə düşüb.
Sakinlərin dediyinə görə, axşam saat 20:00 radələrində Aleksin üzərində ən azı beş partlayış olub və səmada da parıltılar görünüb. Tulada isə partlayışlar bir qədər sonra, axşam saat 20:30 radələrində başlayıb.
