00:00:00
Yazar
Admin User
10.04.2025 12:27 244 1 dəq oxuma
Hadisə

Rusiyadan Ukraynaya hücum

Rusiyadan Ukraynaya hücum

Rusiya gecə saatlarında Ukraynaya bir neçə dəfə hücum edib. Rusiya qüvvələrinin Ukraynanın paytaxtı Kiyev və cənubundakı Nikolayev şəhərinə pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində ən azı 12 nəfər yaralanıb.

 

Kiyev Hərbi İdarəsi, Rusiyanın hədəf aldığı anbarda yanğının baş verdiyini və hücumlar nəticəsində bir neçə binanın zərər gördüyünü bildirib. Ukrayna Hərbi Hava Qüvvələri vasitəsilə verilən açıqlamada Rusiyanın gecə saatlarında atdığı 145 PUA-dan 85 PUA-nın vurulduğu açıqlanıb. Açıqlamada digər 49 PUA-nın da elektron müharibəyə qarşı mübarizə tədbirləri nəticəsində hədəflərinə çata bilmədiyi, 11 PUA ilə bağlı məlumat verilmədiyi bildirilib.

 

Mənbə: CNN Türk

Nərmin Həşimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər