00:00:00
Yazar
Hüseynova Mələk
30.09.2026 23:17 12 1 dəq oxuma
Dünya

Rutte: “Putin NATO-nu heç vaxt məğlub edə bilməyəcəyini bilir”

Rutte: “Putin NATO-nu heç vaxt məğlub edə bilməyəcəyini bilir”

NATO-nun baş katibi Mark Rutte Brüsseldə keçirilən Euronews Müdafiə və Kosmos Sammitində Rusiyanın NATO-ya göndərdiyi iddia olunan “nüvə təhdidi” mesajına cavab verildiyini bildirib.Rutte deyib ki, NATO Rusiyaya “Nüvə təhdidlərinə son verin və Ukraynaya qarşı müharibəni dayandırın” mesajını çatdırıb. O, Rusiyanın göndərdiyi məktubun məzmununu təsdiqləyə bilməyəcəyini də qeyd edib.

 

Baltik ölkələrinə qarşı nüvə silahından istifadə ehtimalı ilə bağlı suala cavab verən Rutte “Putin NATO-nu heç vaxt məğlub edə bilməyəcəyini bilir” deyib. Onun sözlərinə görə, NATO Rusiyadan daha güclüdür və Moskvanın alyansı məğlub etmək imkanı yoxdur. Rutte əlavə edib ki, Rusiyanın bu cür addımları Ukraynada vəziyyətin onun xeyrinə getməməsi ilə əlaqəlidir.

 

CNN Türk

Qulizadə Fatimə

#Putin #NATO
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər