Ərzaq mağazasında yanğın olub
Ümumi sahəsi 48 kv.m olan ərzaq satışı mağazasının yanar konustruksiyaları yanıb.
Tərtər rayonu, Bəyimsarov kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 48 kv.m olan ərzaq satışı mağazasının yanar konustruksiyaları yanıb.
İnformator Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 06:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
