Səkkiz ölkədən İsrailə sərt reaksiya
Türkiyə də daxil olmaqla səkkiz ölkənin Xarici İşlər naziri Qərb Şəriyəsi ilə bağlı qərara görə İsraili qınayıb. Birgə bəyanatda torpaqların “dövlət torpağı” elan edilməsinin beynəlxalq hüququ pozduğu və iki dövlətli həlli zəiflətdiyi bildirilib.
Nazirlər qərarın Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrinə və Dördüncü Cenevrə Konvensiyasına zidd olduğunu vurğulayıb, beynəlxalq ictimaiyyəti məsələyə dair qəti addımlar atmağa çağırıblar.
TRT HABER
Aişə Mustafayeva
