Saatlıda qəza zamanı toqquşan iki avtomobil yanıb
Saatlı rayonunun Soltanabad kəndində “VAZ” markalı iki minik avtomobil toqquşub.
Bu barədə “İnformator.az" a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, qəza nəticəsində hər iki avtomobil yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
