00:00:00
Yazar
Admin User
10.02.2015 10:59 344 1 dəq oxuma
Sosial

Sabah Azərbaycanda qar yağacaq

Fevralın 11-də hava şəraiti necə olacaq
Sabah Azərbaycanda qar yağacaq

Bakıda və Abşeron yarımadasında fevralın 11-də hava şəraitinin buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər zəif duman olacaq. Axşama doğru yağıntılı olacaq.

Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 2-4, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir. 

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq, bəzi yerlərdə duman çiskinli olacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq arabir yağıntılı olacaq.  Dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcə qədər isti olacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər