00:00:00
Yazar
Admin User
09.02.2026 09:06 56 1 dəq oxuma
Hadisə

Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

Azərbaycanda fevralın 10-da qar yağacağı gözlənilir.

 

Bu barədə "İnformator.az"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Gün ərzində ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə və gündüz 1-4 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-85% təşkil edəcək.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 0-5, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq. Gecə və səhər əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər