00:00:00
Yazar
Səadət Əlizadə
11.11.2026 21:49 31 2 dəq oxuma
İdman

“Sabah” “Trabzonspor”u məğlub edib  

“Sabah” “Trabzonspor”u məğlub edib

“Sabah” basketbol komandası FİBA Çempionlar Liqasının müntəzəm mövsümündə növbəti qələbəsini qazanıb. Bakıdakı Milli Gimnastika Arenasında keçirilən görüşdə Azərbaycan təmsilçisi Türkiyənin “Trabzonspor” klubunu 91:72 hesabı ilə məğlub edib. Qeyd edək ki, “Sabah” əvvəlki turda Fransanın “Nanter 92” klubuna da qalib gəlib. 
 


Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında idman eksperti Kənan Məstəliyev bildirib ki, Sabahın Trabzon üzərindəki qələbəsi çox gözlənilməz olub: 

 


“Çünki ümumiyyətlə klubun Çempionlar Liqasında iştirakı belə bir qədər təəccüblə qarşılanıb. Çempionlar Liqası daha güclü, çətin, yaxşı komandaların oynadığı bir turnirdir və orada iştirak etmək bir qədər çətin qərardır.  
Ona görə bu qərarı bir qədər birmənalı qarşılamamışdım. Çünki düşən hər üç rəqib çox güclü idi”.

 

Şərhçi qeyd edib ki, bu komandalarla oynamaq bizə bir qədər böyük təcrübə qazandırıb:

 


“Amma Sabah bütün proqnozları alt-üst eləyərək uğur qazanmağa başlayıb. Yəni bunu klubun böyük bir uğuru kimi qiymətləndirmək olar. Çünki bu yarışda belə iştirak eləmək heç də asan deyil. Belə rəqiblərlə baş-başa oynamaq, hətta onları üstələmək həqiqətən də böyük zəhmət tələb edir. Mən düşünürəm ki, bu qarşıdakı oyunlar üçün də motivasiya verəcək”.

 


Müsahibin sözlərinə görə, komandanın daha üst pillələrə, mərhələlərə gəlmə ehtimalını çox aşağıdır:

 


“Çünki reallıq olaraq heyətimizdə yaxşı oyunçular varsa da belə, hazırki mərhələdə böyük bir uğur gözləməyin doğru olmadığını düşünürəm. Amma hər halda komanda artıq Çempionlar Liqasına öz damğasını vurub, özünü göstərə bilib. Bir-iki ildə burda çıxış elədikdən sonra  artıq ən üst səviyyə olan Avroliqada da oynamaq mümkün olacaq. Yəni bu proses, klub rəhbərliyi işinə bu formada davam eləsə, gələcək haqqında nikbin danışmaq olar”.

 


Aysu Abbasova

#azərbaycan #məğlub #baki #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər