00:00:00
Yazar
Admin User
03.02.2026 11:10 49 1 dəq oxuma
Hadisə

Sabiq bankir Xankəndidə biznes fəaliyyətinə başlayıb

Sabiq bankir Xankəndidə biznes fəaliyyətinə başlayıb

Xankəndi şəhərində “Texniki Nəzarət” adlı şirkət yaradılıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib.

 

Məlumata görə, şirkət Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsində 100 manat nizamnamə kapitalı ilə qeydiyyata alınıb.

 

Şirkətin qanuni təmsilçisi isə Elcan Söhrab oğlu Abdullayevdir.


Qeyd edək ki, E.Abdullayev uzun illər bank sektorunda fəaliyyət göstərib. O, “Kapital Bank”, “AFB Bank”, “Expressbank” və “Respublika Bank”da müxtəlif yüksək vəzifələrdə çalışıb. Bağlanmış “Deka Bank”da İdarə Heyətinin üzvü olub. O, 2022-ci ildən isə bank sektorundan ayrılıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər