Sabirabadda 27 yaşlı qadın dəm qazından boğulub
Sabirabad sakini dəm qazının qurbanı olub.
"İnformator.az"ın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin Hüseyn Cavid küçəsində qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü Ələkbərova Seydanə Mirələkbər qızı hamamda olan zaman dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
