Sabirabadda qamış evdə yanğın olub
3 otaqlı qamışdan ibarət evin yanar konstruksiyaları, ev əşyaları və evə bitişik ümumi sahəsi 20 kv.m olan qamışdan ibarət talvar yanıb.
Sabirabad rayonu, Nərimankənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 3 otaqlı qamışdan ibarət evin yanar konstruksiyaları, ev əşyaları və evə bitişik ümumi sahəsi 20 kv.m olan qamışdan ibarət talvar yanıb.
İnformator Fövqəladə Hallar nazirliyinin saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 06:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
