Sabirabadda yeniyetmə qızın meyiti tapılıb
Sabirabad rayon Çığırğan kəndində yeniyetmə qızın meyiti tapılıb.
"İnformator.az" xəbər verir ki, hadisə dünən 17:00 radələrində baş verib.
Belə ki, kənd sakini 16 yaşlı Gülay Məklikovanın meyiti yaşadığı evin həyətində aşkar edilib.
Faktla bağlı rayon prokurorluğu araşdırmalar aparır.