00:00:00
Yazar
Admin User
02.09.2025 18:18 130 1 dəq oxuma
Hadisə

Sabunçuda işgəncəyə məruz qalan uşaq səhiyyə müəssisəsinə yerləşdirilib

Sabunçuda işgəncəyə məruz qalan uşaq səhiyyə müəssisəsinə yerləşdirilib

Sentyabrın 1-də saat 11:00 radələrində çoxsaylı xəsarətlər səbəbilə 2011-ci il təvəllüdlü şəxs (kişi cinsli) Respublika Pediatriya Mərkəzinin nəzdində olan Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına hospitalizasiya olunub.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. 

 

Bildirilib ki, pasiyentin bədəninin müxtəlif nahiyələrində çoxsaylı xəsarət izləri (çapıq və şırımlar), saçlı dəridən alın-təpə nahiyəsinə qədər saçsız hissə və çapıq toxuması, sol kürək nahiyəsində ödəm, sol əl pəncəsində ödəm müşahidə olunub.


Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər