Sabunçuda məktəbdə yanğın olub
Qazanxananın qalan hissəsi və bitişik tikili yanğından mühafizə olunub.
Sabunçuda məktəbdə yanğın olub.
İnformator Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda Təhsil Nazirliyinə məxsus orta məktəbin ərazisində ümumi sahəsi 50 kv.m olan qazanxananın dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə və qazanxananın ətrafına yığılmış məişət tullantıları 5 kv.m sahədə yanıb.
Qazanxananın qalan hissəsi və bitişik tikili yanğından mühafizə olunub.
Yanğın saat 06:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
