Sabunçuda zəncirvari qəza baş verib
İ.Abdullayev və sərnişini, atası Mikayıl xəstəxanaya yerləşdirilib, İ.Abdullayev orada ölüb.
Sabunçu qəsəbəsində Bakı şəhər sakinləri Yaşar Məmmədovun idarə etdiyi “İnfiniti”, İsfəndiyar Abdullayevin idarə etdiyi “VAZ-2107” və Habil Bayramovun idarə etdiyi “İsuzu” markalı avtomobillər toqquşub.
İnformator Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, nəticədə İ.Abdullayev və sərnişini, atası Mikayıl xəstəxanaya yerləşdirilib, İ.Abdullayev orada ölüb.
Sabunçu RPİ tərəfindən faktla bağlı araşdırma aparılır.
