Şahidlər paraşütçü təyyarəsinin qəzası haqqında danışıblar
Müstəntiqlər bazar günü Missouri ştatında qəzaya uğrayan kiçik təyyarənin qalıqlarını araşdırırlar. Şahidlər isə təyyarənin ölümcül şəkildə yerə düşməsini təsvir ediblər.
Qəza yerli vaxtla saat 11:20-də Butler yaxınlığında baş verib. İçərisində 11 sərnişin və 1 pilot olan paraşütçü təyyarəsi idarəetməni itirərək fırlanmağa başlayıb və yerə çırpılıb. Nəticədə göyərtədə olan hər kəs həlak olub. Həlak olan şəxslərin kimliyi hələlik ictimaiyyətə açıqlanmayıb.
BBC NEWS
Cavahir Əsgərbəyli