00:00:00
Yazar
Admin User
26.10.2025 11:01 200 1 dəq oxuma
Hadisə

Salyanda ağır qəza

Salyanda ağır qəza

Bakı-Astara avtomobil yolunun Salyan rayonu ərazisindən keçən istiqamətində qəza baş verib.

 

"İnformator.az" xəbər verir ki, qəza nəticəsində 1 qadın və 4 kişi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılaraq hospitalizasiya olunublar.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasedici qüvvələri cəlb olunub. Onlar zərərçəkənlərin təhlükəsiz şəkildə nəqliyyat vasitəsindən çıxarılmasını və ərazidə təhlükəsizlik tədbirlərinin görülməsini təmin ediblər.

 

Xəstəxanadan verilən məlumata görə, yaralılara zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicələri davam etdirilir. Yaralıların vəziyyətinin stabil olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər