00:00:00
Yazar
Admin User
31.08.2025 07:47 127 1 dəq oxuma
Hadisə

Salyanda avtomobil kanala aşıb

Salyanda avtomobil kanala aşıb

Salyanda hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı kanala aşıb.

 

"İnformator.az" xəbər verir ki, hadisə rayonun Dayıkənd kəndi ərazisində qeydə alınıb.

 

Qəza nəticəsində rayonun Arbatan kənd sakinləri - 1991-ci il təvəllüdlü Rüstəmov Həsən Rafət oğlu, 1976-cı il təvəllüdlü Məhərrəmov Taleh Əkbər oğlu; Salyan şəhər sakinləri - 2006-cı il təvəllüdlü Yaqubova Lalə Fikrət qızı, 2023-cü il təvəllüdlü Əhmədov Miryusif Mirəli oğlu, 1958-ci il təvəllüdlü Yaqubova Bəsirə Sabir qızı və Yaqubova Xalidə Sabir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılardan Xalidə Yaqubovanın həkiməqədər ölüm faktı qeydə alınıb.

 

Faktla bağlı araşdırma aparılır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər