Salyanda daha bir ağır qəza
Salyanda baş verən yol qəzasında bir neçə nəfər xəsarət alıb.
"İnformator.az" "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin X.R.Ulutürk prospektində qeydə alınıb.
Belə ki, sərnişin daşıyan mikroavtobusla "Jiquli" markalı avtomobil toqquşub. İlkin məlumata görə, qəza nəticəsində səkkiz nəfər xəsarət alıb.
Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, yanvarın 5-də də Salyanda ağır qəza baş verib, nəticədə üç nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.
