Salyanda tikili və ot bağlaması yanıb
240 kv.m olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 240 kv.m sahədə, 120 kv.m sahəyə yığılmış 10 ton ot bağlamasının 3 tonu yanıb.
Salyan rayonu, Yolüstü kəndində vətəndaşlara məxsus ümumi sahəsi 240 kv.m olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 240 kv.m sahədə, 120 kv.m sahəyə yığılmış 10 ton ot bağlamasının 3 tonu yanıb.
FHN-nin rəsmi saytında verilən məlumata əsasən, tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 22:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
