00:00:00
Yazar
Nigar Həsənzadə
19.02.2026 22:35 10 1 dəq oxuma
Hadisə

Samsunda sərnişin avtobusu aşıb, 7 nəfər xəsarət alıb

Samsunda sərnişin avtobusu aşıb, 7 nəfər xəsarət alıb

Samsun şəhərinin İlkadım rayonunda sərnişin avtobusunun aşması nəticəsində yeddi nəfər xəsarət alıb.

 

Samsun-Ankara magistral yolunun Toybelen hissəsində, turizm şirkətinə məxsus və M.İ.-nin idarə etdiyi Gürcüstan dövlət nömrə nişanlı sərnişin avtobusu aşıb.

 

Qəza ilə bağlı məlumatdan sonra hadisə yerinə tibbi, yanğınsöndürmə və polis qrupları göndərilib.

 

Qəzada sürücü M.İ., ehtiyat sürücü Z.Ç. və 5 sərnişin yaralanıb. Yaralılar tibbi briqadalar tərəfindən şəhərdəki xəstəxanalara aparılıb.

 

Avtobusda 11 sərnişinin olduğu məlum olub.

 

TRT HABER

Arzu Poladova

#alıb #sərnişin #avtobusu #nəfər #xəsarət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər