Şanlıurfada 15 nəfər yaralanıb
Şanlıurfanın Hilvan rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 15 nəfər xəsarət alıb.
Ovacık kəndi yaxınlığında Mehmet Dəmirin idarə etdiyi kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus Hüseyn Kirazın idarə etdiyi avtomobillə toqquşub.
Xəbər verildikdən sonra hadisə yerinə çoxlu sayda tibb, xilasetmə və jandarma qrupları sövq edilib.
Qəza nəticəsində 11-i qadın olmaqla 15 nəfər xəsarət alıb və təcili tibbi yardım maşını ilə şəhər xəstəxanalarına çatdırılıb.
Yaralıların vəziyyətinin yaxşı olduğu bildirilib.
TRT XƏBƏR
Nəzrin Nəsirova
