00:00:00
Yazar
Admin User
11.12.2025 11:05 105 1 dəq oxuma
Hadisə

Şanlıurfada qohumlar arasında silahlı insident

Şanlıurfada qohumlar arasında silahlı insident

Şanlıurfanın Əyyubiyə rayonunun Uğurlu kənd məhəlləsində qohum ailələr arasında yaranan mübahisə genişmiqyaslı toqquşmaya səbəb olub. Hadisə zamanı odlu silah, bıçaq, daş və dəyənəklərdən istifadə edildiyi bildirilir.

 

Mübahisənin qısa müddətdə davaya çevrilməsindən sonra əraziyə təhlükəsizlik qüvvələri və tibb briqadaları cəlb olunub. Toqquşma nəticəsində yaralanan 6 nəfər 112 Təcili Tibbi Yardım qrupları tərəfindən xəstəxanaya çatdırılıb.

 

Hadisədən sonra təhlükəsizlik qüvvələri ərazidə əlavə tədbirlər görərək vəziyyəti nəzarətə götürüb.

 

TRT XƏBƏR 

Ləman Mahmudlu 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər