00:00:00
Yazar
Admin User
24.12.2025 19:30 114 2 dəq oxuma
Hadisə

Sarayda sərnişin avtobusundakı yanğın haqqında

Sarayda sərnişin avtobusundakı yanğın haqqında

Abşeron rayonu ərazisində, Bakı–Sumqayıt şosesinin Saray qəsəbəsindən keçən hissəsində sərnişin avtobusunda yanğın hadisəsi qeydə alını

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhlükəsizlik eksperti Orxan Musayev bildirib ki, yanğının ilkin ehtimal olunan səbəbi barədə danışarkən nəzərə almaq lazımdır ki, bu kimi hallarda əsas versiya adətən texniki nasazlıq olur:

 

"Xüsusilə, mühərrik hissəsində, yanacaq xətlərində və ya elektrik sistemində yaranan nasazlıqlar, köhnəlmiş naqillər, zəiflik və texniki baxışların vaxtında aparılmaması nəticəsində qısaqapanma hadisələri baş verə bilər. Eyni zamanda, yağ və ya yanacaq sızmaları yüksək temperaturla təmasda alışma riskini artırır. Bütün bunlar bir anda kiçik qığılcımdan ciddi yanğın hadisəsinə çevrilə bilər. Ona görə də ilkin ehtimallar məhz bu istiqamətdə araşdırılır. Burada mühüm bir məqam var: texniki nasazlıq təkcə mexaniki problem deyil, bu həm də idarəetmə, nəzarət və nizam-intizam məsələsidir. Yəni hər bir avtobus müntəzəm olaraq peşəkarlar tərəfindən sistemli şəkildə yoxlanılmalıdır.

 

Görülən təhlükəsizlik tədbirlərinə gəlincə, hazırda sərnişin avtobuslarında bir neçə əsas mexanizm tətbiq olunur. Avtobusların texniki baxışdan keçməsi məcburidir və mühərrik, elektrik naqilləri, yanacaq boruları, əyləc sistemi ayrıca yoxlanılır. Bütün avtobuslarda yanğınsöndürən balonların olması qanunvericiliklə tələb olunur və sürücülər onlardan düzgün istifadə barədə təlimatlandırılmalıdır. Sürücülər fövqəladə vəziyyət zamanı sərnişinləri təhlükəsiz şəkildə təxliyə etmələri üçün təlimlərə cəlb olunmalıdırlar. Belə hadisələrdə əsas məqsəd mümkün qədər sürətli reaksiya vermək və insan həyatını hər şeydən üstün tutmaqdır.

 

Avtobus parklarında texniki baxışlar daha dərindən və sistemli şəkildə aparılmalıdır, yalnız vizual yoxlama ilə kifayətlənmək olmaz. Elektrik sistemləri, yanacaq xətləri, mühərrik bölməsi müasir avadanlıqlarla yoxlanılmalıdır. Xüsusilə mühərrik bölməsində avtomatik yanğın aşkarlama və söndürmə sistemlərinin tətbiqi bu cür hadisələrin qarşısını almaqda çox effektivdir. Belə sistemlər yanğın başlanğıc mərhələsində olarkən onu söndürür və genişlənməsinin qarşısını alır".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər