00:00:00
Yazar
Admin User
02.02.2026 15:38 81 1 dəq oxuma
Hadisə

Sarıyer sahillərində yük gəmisi quruya çırpılıb

Sarıyer sahillərində yük gəmisi quruya çırpılıb

İstanbulun Sarıyer bölgəsindəki Kısırkaya sahillərində Komor adaları bayrağı altında üzən 100 metr uzunluğundakı yük gəmisinin xilas edilməsi üçün səylərə başlanılıb.

 

Rumıniyanın Konstansa limanından Bosfor boğazında lövbər salmaq üçün yola çıxan və Komor adaları bayrağı altında üzən 100 metr uzunluğundakı "Razouk" yük gəmisi naməlum səbəbdən Kısırkaya sahillərində quruya çırpılıb.

 

Məlumatdan sonra Sahil Təhlükəsizliyi Baş İdarəsinin qrupları əraziyə göndərilib.

 

Gəminin xilas edilməsi üçün səylər davam edir.

 

TRT HABER

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər