Saşa Boey Münhendə
“Qalatasaray”ın sağ cinah müdafiəçisi Saşa Boey Almaniyanın “Bayern Münhen” klubuna transfer olub.
Çempionlar liqasının qrup oyunlarında öz oyunu ilə göz oxşayan Boey bir çox Avropa klublarının diqqət mərkəzində idi. “Cim-bom” bu mövsüm əzəli rəqibləri “Fənərbaxça” klubu ilə çempionluq mübarizəsində Boeysiz çətin olacağını anlayıb, satmamaq istəsə də, fransalı da bu keçiddə maraqlı olub. Əvvəlcə istanbullular Mazroi ilə dəyişiklik təklif etsələr də, ümumilikdə 30 milyon avroya yaxın qiymətlə fransalı bavariyalıların futbolçusu olub.
Qeyd edək ki, Münhen təmsilçisi “Arsenal”,”Ayaks”,”Milan”və başqa avropa nəhənglərinin transfet etmək istədiyi Fərdi Kadıoğlu ilə də yaxından maraqlanır.
Müzəffər Quluzadə
