00:00:00
Yazar
Admin User
04.01.2024 10:59 493 1 dəq oxuma
İdman

"Səbail"də hazırlıqlara başlanılıb

"Səbail"də hazırlıqlara başlanılıb

"Səbail” komandası Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün ikinci mərhələsi üçün hazırlıqlara start verib. 

 

Bu barədə "Səbail"in baş məşqçisi Şahin Diniyev informator.az-a açıqlama verib. O bildirib ki, məşqlərə yanvar ayının 3-dən start verilib. 

 

‘’Burada olan futbolçular və 3 nəfər legioner də bizə qoşuldular, onlarla davam edirik’’.

 

Şahin Diniyev qeyd edib ki, komandanın üzvləri və legionerlər yanvarın 5-də, səhər saatlarında Antalya şəhərinə uçacaqlar. 

 

‘’Orada günortadan sonra ilk məşqimiz olacaq və qalan legionerlərdə ora gələcəklər. Ayın 5-dən 17-nə qədər bizim Antalyada təlim məşqlərimiz davam edəcək".

 

Müsahib bildirib ki, məşq vaxtları ilə eyni zamanda klubun iki oyunu baş tutacaq.

 

‘’Ayın 12-si Unversitaiya(Kluj Rumuniye) ayın 15-i isə Fakel(Voronej Rusiya) klubları ilə oyunumuz olacaq’’.

 

Sevinc Yarməmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər