00:00:00
Yazar
Admin User
11.06.2015 05:27 886 1 dəq oxuma
Hadisə

Səbail rayonunda kafe yanıb

“MƏRKƏZİ” kafenin vestibülünün tavanı 72 kv.m sahədə yanıb.
Səbail rayonunda kafe yanıb

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 2150 kv.m olan “MƏRKƏZİ” kafenin vestibülünün tavanı 72 kv.m sahədə yanıb.

İnformator Fövqəladə hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın zamanı kafenin ikinci mərtəbəsində yerləşən Bristol mehmanxanasına məxsus 4 ədəd kondisioner yüksək temperaturdan deformasiyaya uğrayıb. Mehmanxanada olan 3 nəfər əcnəbi vətəndaş yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Kafenin qalan hissəsi, bitişik digər kafe və ikinci mərtəbədə yerləşən mehmanxana yanğından mühafizə olunub.

Yanğın saat 23:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər