00:00:00
Yazar
Zəhra Həsənova
15.09.2026 19:59 55 1 dəq oxuma
Dünya

SEPAH Hörmüz boğazı üzərində daha bir PUA-nı vurub

SEPAH Hörmüz boğazı üzərində daha bir PUA-nı vurub

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı üzərində dördüncü MQ-1 pilotsuz təyyarəsinin məhv edildiyini açıqlayıb. 

 

"İnformator.az" xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb. 

 

İran hərbçilərinin məlumatına görə, cihaz Hörmüz boğazının şərq hissəsi üzərində ölkənin vahid hava hücumundan müdafiə şəbəkəsinə inteqrasiya olunmuş müasir hava hücumundan müdafiə sisteminin köməyi ilə ələ keçirilib.

Pilotsuz təyyarənin missiyası və iddia edilən mənşəyi də daxil olmaqla digər detallar hələlik açıqlanmayıb.

#azərbaycan #pua-nı #baki #üzərində #sepah
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər