00:00:00
Yazar
Admin User
25.12.2025 16:06 123 1 dəq oxuma
Dünya

SEPAH komandiri Livanda öldürülüb

SEPAH komandiri Livanda öldürülüb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin zabiti Livanda İsrailin pilotsuz təyyarəsinin hücumu nəticəsində öldürülüb.


"İnformator.az" xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Aviçay Adrai X səhifəsində yazıb.

 

"Biz İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı qüvvələrinin tanınmış zabiti Hüseyn əl-Cəvharini məhv etməyə müvəffəq olduq. O, bu səhər Bekaa vadisindəki Hoş əs-Seyid Əli şəhərində avtomobilə zərbə nəticəsində öldürülüb", - deyə sözçü bildirib.


O qeyd edib ki, İran komandiri son illərdə Suriya və Livanda İsrailə qarşı əməliyyatlara rəhbərlik edib.



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər