Serj Sarkisyan mövqeyini itirir
Daxili siyasət baxımından 2014-cü ili Serj Sarkisyan hakimiyyətinin inkişaf edən zəifləmə ili adlandırmaq olar. Ona görə inkişaf edən ki, söhbət təkcə müvəqqəti tənəzzüldən, yaxud tənəzzüllərdən və yüksəlişlərdən deyil, həm də dərinləşən zəifləmədən gedir. Bir neçə dəqiqləşdirmə: əvvəla, inkişaf edən zəifləmə deməklə bununla Sarkisyan məsələlərinin qəti surətdə həll edilmiş hesab olunduğu, yaxud da onun qəti süqutunun qaçılmaz olduğu nəzərdə tutulmur. İkincisi, söhbət haradasa analoji təzahürdən gedir. 2008-ci ildən etibarən Sarkisyan hakimiyyətinin hansı hissədə daha çox zəiflədiyi, hansı hissələrdə isə daha çox möhkəmləndiyi ilə bağlı mübahisə etmək olar. Lakin ən azı 2011-ci ildən bu yana o heç vaxt bu ilki kimi ciddi çağırışlarla qarşılaşmayıb.
2013-cü il ərzində bir an elə gəldi ki, Ermənistan Respublikaçılar Partiyasının lideri öz problemlərini qəti surətdə həll edib (o zaman bir çoxları guya yeni formatlar yaratmaq məqsədilə müxalifət gəmisini tərk etməyə tələsdilər, lakin əslində istər-istəməz həmin Sarkisyanın ağuşuna, yaxud toruna düşdülər), amma 2014-cü ilin sonunda Sarkisyanın öz illərinin strategiyasının qəti uğursuzluğuna heç vaxt olmadığından daha yaxın olması aşkardır.
İndi yuxarıda qeyd olunanlardan nəticə çıxarmağa imkan verən inkişafları yenidən xatırlayaq. Madam ki, il ərzində bu mövzular haqqında dəfələrlə və təfərrüatlı təhlillə danışılıb, bu halda əsas bəndləri yalnız ötəri təqdim edək. S. Sarkisyanın mövqeyinin ardıcıl surətdə zəifləmə xronologiyası aşağıdakıdır:
a: Baş nazir Tiqran Sarkisyan 2014-cü ilin yazında müxalifətin təzyiqi ilə (martın 1-də böyük mitinq, baş nazirin istefasının tələbi, yazın sonunda günboyu mitinqlərlə təhdid) baş nazir istefa verdi. Bu istefanın əhəmiyyətini kiçiltmək olmaz. Tiqran Sarkisyan Serjin sistemində sistem yaradan həlqə idi, onun əsas siyasi layihəsinin (“yuxarıdan inqilab”) ideoloqlarından biri, həmin layihənin ruhunu daşıyan, həm də hakimiyyətin “irəliləyişinin” rəmzi və şərti desək, Ermənistan burjuaziyasının “kosmopolit” təbəqəsinin təmsilçisi idi.
b: Tiqran Sarkisyanın istefasınadan sonranı da xatırlamaq lazımdır. Bu, tarixin mühüm hissəsidir. S. Sarkisyan parlamentin keçmiş sədri Hovik Abramyanı baş nazir təyin edərək müxalifətin heç olmazsa bir hissəsi ilə müqavilə əldə etməyə ümid edirdi. Müqavilənin əsas maddəsi konstitusiya dəyişikliklərində razılıq idi, lakin bu baş vermədi, Abramyanın baş nazir olmağı boş atəş idi və S. Sarkisyanın öz təkilfinə rədd cavabı aldı və başqa namizədi olmadığına görə son anda sadəcə bunu etməyə məcbur idi (ona görə də Abramyanın təyinatı təxirə salındı və son gün təsdiq olundu).
c: Respublikaçılar Partiyasının lideri konstitusiya dəyişiliklərində parlamentin böyük qüvvələrinin razılığını almağın mümkün olmadığını gördükdə iyul ayında (qabaqcadan planlaşdırıldığı kimi) buna start vermək fikrindən imtina etdi. Konstitusiya layihəsinin rəsmi surətdə əsasən vilayətlərdə müzakirəsi ilə, qeyri rəsmi isə siyasi qüvvələrin razılığını almaqla əsaslandırdı. Bu 2014-cü il ərzində Serjin ikinci böyük məğlubiyyəti idi.
d: S. Sarkisyan payızda müxalifətin açıq kütləvi əməliyyatları ilə yanaşı bu dəfə oktrabrda nəzərdə tutulmuş Konstitusiya layihəsin müzakirəsini təxirə salmağa məcbur olur. O, bu layihə ətrafında daha geniş siyasi qüvvələrin birləşməsini artıq surətdə əsaslandırır. Aydındır ki, bir daha üçlüyü nəzərdə tuturdu, çünki üçlükdən başqa heç bir qüvvə, yaxud xadim bu layihənin əleyhinə mübarizə aparmayıb və aparmağa da hazırlaşmır (yəni Serjin hakimiyyətinin əbədiləşdirilməsinə və 2018-ci ildən etibarən prezident seşkilərinin ləğvinə qarşı). Bu isə s. Sarkisyanın mövqetinə üçüncü və daha ciddi zərbə idi.
Onu da əlavə edək ki, bu müddətdə onsuz da çoxdan formalizmə çevrilmiş hakim koalisiya formatı qəti surətdə dağıldı və Ermənistan Respublikaçılar Partiyası hakim qüvvə kimi formal mənada tək qaldı. Serjin həyata keçirməyə müyəssər olduğu yeganə az-çox uğurlu əməliyyat Ermənistan İnqilabçı Daşnaksutyun Partiyasını müxalifətdən qoparmaq idi ki, bu da bütün uğursuzluqları balanslaşdırmaq üçün kifayət deyildi. Üstəlik, müxtəlif kiçik, “müxalifətçi” qüvvələrin fəaliyyət yükünün, üçlüyün payızda fəallaşması ilə yanaşı, ölkə boyunca gözlənilməz fəallığın, həmin uğursualuqların da əvəzini ödəməyə qadir deyildi, çünki şübhəsiz, bu həmçinin Sarkisyanın “hiyləgər” planının bir hissəsi idi: bu oyunda o yalnız yardımçı, ikinci dərəcəli rol oynayan idi. Serjin əlində hər hansı “tuz”, hətta “karol” və “dama”, ən yaxşı halda valet və onluqlar olmasa, (hələ altılıqları demirik) təbii ki, oyunda əhəmiyyətli dəyişikliklər edə bilməz. Sarkisyan Konstitusiya dəyişikliklərindən ikinci dəfə imtina etdikdən sonra müxalifətlə bir daha “dialoq” oyununu oynamağa cəhd edib. Nəzarətdə olan bütün informasiya vasitələrində təbliğat və dəstəyə baxmayaraq, bu növbəti cəhd əvvəlkilərdən daha tez pozuldu. Bu hərəkətlər tükəndikdən sonra hakim partiyanın lideri yeni taktiki fəndə-güc nümayiş etdirməyə əl atdı. Bəs gələn il necə olacaq? Faktiki olaraq yalnız təqvim ili başa çatır, siyasi il isə çox qısa istirahətdən sonra yeni vüsətlə davam edəcək. Konstitusiya dəyişikliklərinin davamı, Serj Sarkisyanın dediyi kimi, yanvar-fevral aylarındadır. Görünür, siyasi kinonun davamını məhz həmin vaxt gözləmək lazımıdr. Oyunun konları getdikcə yüksəlir, çünki ötən ildə mövxud olan problemlər yeni ildə eynilə qalır. Siyasi proseslərin intensiv qaydada inkişaf edəcəyini artiq ilin başlanğıcında proqnozlaşdırmaq çətin deyil. Nə qədər ki, həlledici “dava” bir neçə dəfə təxirə salınıb, deməli, həllin daha sürətli, gözlənilməz və əsaslı nəticələri ola bilər.
Müəllif:Sabir Babayev, İnformator.az
