00:00:00
Yazar
Admin User
18.12.2025 09:30 101 1 dəq oxuma
Hadisə

Əsgərin ölümü ilə bağlı rəsmi açıqlama

Əsgərin ölümü ilə bağlı rəsmi açıqlama

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Əli Vahab oğlu Cəfərovun xəstəlikdən müalicə olunduğu hospitalda bu ilin dekabrın 15-də ölməsi ilə bağlı araşdırma aparılır.

 

“İnformator.az” xəbər verir ki, bu barədə Hərbi Prokurorluqdan məlumat verilib.

 

Bildirilib ki, Bakı hərbi prokurorluğunun əməkdaşları tərəfindən müvafiq istintaq hərəkətləri aparılıb, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual tədbirlər icra edilib.

 

Faktla bağlı hazırda araşdırma davam etdirilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər