00:00:00
Yazar
Admin User
19.05.2015 07:32 850 1 dəq oxuma
Hadisə

Səhiyyə Nazirliyi yanğınla bağlı rəsmi məlumat yayıb

Məlumatdan dərhal sonra hadisə yerinə 30 briqada göndərilib.
Səhiyyə Nazirliyi yanğınla bağlı rəsmi məlumat yayıb

Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında baş vermiş dəhşətli yanğınla əlaqədar olaraq, Səhiyyə Nazirliyinin “103” Təcili Tibbi Yardım xidmətinə məlumat daxil olub.

İnformator Səhiyyə Nazirliyinin saytına istinadən xəbər verir ki, məlumatdan dərhal sonra hadisə yerinə 30 briqada göndərilib. Hazırda hadisə yerində olan Təcili Tibbi Yardımın baş həkimi Rauf Nağıyevin sözlərinə görə, bu saatlara kimi, müxtəlif dərəcəli bədən xəsarətləri almış 15 yaralı xəstəxanalara yerləşdirilib.

Qeyd olunub ki, ölkənin ən iri xəstəxana rəhbərlərinə müvafiq tapşırıqlar verilib və artıq yaralıları qəbul etməyə başlayıblar. Yararlıların 7-si 1 saylı Kliniki Tibbi Mərkəzə, digərləri isə müxtəlif xəstəxanalara yerləşdirlib.

İlkin məlumata görə hadisə yerində biri azyaşlı olmaqla, iki ölüm faktı qeydə alınıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər