Səhiyyə sahəsində artıq fərqli bir liqanın oyunçusuyuq
Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə səhiyyə sahəsində son illərdə dəfələrlə öncü və nümunəvi bir ölkə olduğunu sübut edib. Səhiyyə sahəsində artıq fərqli bir liqanın oyunçusuyuq. Bununla da ölkəmiz adına qürur duyuruq.
Prezident Ərdoğan Medistate Çekməköy Xəstəxanasının açılış mərasimində iştirak edib.
O, çıxışına yeni səhiyyə müəssisəsinin xeyirli olmasını diləməklə başlayıb və xəstəxananın texniki imkanları və təqdim edəcəyi xidmətlər barədə məlumat verib.
Prezident xəstəxananın müasir infrastruktura malik olduğunu vurğulayaraq belə deyib:
“Xəstəxanamız 150 xəstə çarpayısı, 16 ümumi və 13 yeni doğulmuşlar üçün reanimasiya çarpayısı, 43 poliklinika, fiziki müalicə və reabilitasiya bölməsi, geniş təcili yardım xidməti, 4 stomatoloji poliklinika və 7 əməliyyat otağı ilə rayonumuza və şəhərimizə xidmət göstərəcəkdir. Bundan əlavə, xəstəxanamızda nüvə təbabəti və nüvə terapiyası kimi kritik xidmətlərin təqdim ediləcəyi onkoloji mərkəz də mövcuddur”.
TRT Haber
Səadət Əlizadə
