00:00:00
Yazar
Admin User
19.05.2015 13:33 1436 1 dəq oxuma
Siyasət

Silahlı Qüvvələrin Baş Qərargah rəisi Belçika Krallığına səfər edib

Səfər mayın 21-dək davam edəcəkdir.
Silahlı Qüvvələrin Baş Qərargah rəisi Belçika Krallığına səfər edib

Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Brüsseldəki mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin "Tərəfdaşlığın uyarlılıq təşəbbüsü" və "Qətiyyətli dəstək" missiyalarına töhfə verən qeyri-NATO ölkələri ilə Baş Qərargah rəisləri səviyyəsində mayın 20-də keçiriləcək görüşlərdə iştirak etmək üçün Belçika Krallığına səfər edib. 

İnformator Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşlərdə hərbi əməkdaşlıq, Əfqanıstandakı vəziyyət, əməliyyat şəraitindəki dəyişikliklər və onların Əfqan Milli Təhlükəsizlik Qüvvələrinə təsiri və digər məsələlər müzakirə olunacaqdır. 

Səfər mayın 21-dək davam edəcəkdir.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər