00:00:00
Yazar
Admin User
27.10.2025 19:00 156 1 dəq oxuma
Hadisə

Silahlılar 62 baş qoyunu belə oğurlayıb

Silahlılar 62 baş qoyunu belə oğurlayıb

Göygöldə fermadan oğurluq hadisəsi baş verib.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, rayonun Hacıməlik qəsəbəsi yaxınlığında yerləşən “Muraz” kəndli fermer təsərrüfatına gecə saat 02:20-də gələn maskalı şəxslər 62 baş xırdabuynuzlu heyvanı – ana qoyunları oğurlayaraq naməlum istiqamətə aparıblar.

 

Təsərrüfat sahibi Mahir Tağıyevin sözlərinə görə, oğurluq hadisəsi təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Məsələ ilə əlaqədar Göygöl RPŞ-yə müraciət edilib. Polis hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirir.

 

Hazırda fermada 70-dək südəmər quzu təsərrüfatın işçiləri tərəfindən əllə yemlənir. Təsərrüfat sahibi bildirib ki, analarının tapılmayacağı təqdirdə quzuların sağ qalmaq ehtimalı azdır

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər