“Şimal Böyük Yol Qovşağı Kompleksi” layihəsinin təqdimatı keçirildi
Çinar Park Biznes Mərkəzində “Şimal Böyük Yol Qovşağı Kompleksi” layihəsinin təqdimat mərasimi keçirildi. Mərasim dövlət himnimiz ilə başladı. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Təqdimata layihə rəhbəri nəqliyyat eksperti Aslan Əsədovun sözləri ilə başlandı. Aslan Əsədov “Şimal Böyük Yol Qovşağı Kompleksi” layihəsinin əsas məqsədindən danışdı.
Onun sözlərinə görə, Bakı şəhəri digər şəhərlər sistemindən fərqli olaraq yarımadada yerləşir:
"Bu da şəhərin nəqliyyat baxımından bir neçə mərhələli bölünməsinə ehtiyac duyur. Birinci növbədə, şimal girişinin daha çox nəzərə çatdığını, tıxacların daha çətin olduğunu görürük. Bakı şəhərinin şimal girişi olan Xırdalan dairəsi istiqamətini misal göstərmək olar. Həmçinin, Bakı şəhərinin tam girişində Sulutəpə dairəsindən Xocəsən dairəsi istiqamətində böyük bir yaşıllıq var. Bu yaşıllıq bildiyimiz kimi tam nəzarətsiz bir vəziyyətdədir. Burada böyük bir park kompleksi yaradılarsa, Binəqədi, Sulutəpə, Biləcəri, Xocəsən, Xırdalan, Müşviq qəsəbəsi istiqamətində həmin ərazidə insanların vaxtının səmərəli keçirməsinə şərait yaradar. Ora tam istifadəsiz bir ərazidir. Bura 15 hektara yaxın bir ərazidir. Bu layihədə böyük bir parkın olması şəhər havasına, şəhər mühitinə bir stimul olar”,- deyə o qeyd etdi.
Gedişatda A.Əsədov Xırdalan dairəsinin yolunu genişləndirmək təklifləri irəli sürdü:
“Burada hərəkət intensivliyi müşahidə olunur. Zolaqların sayını nə qədər artırsalar da, həmin zolaq yenə də qapanır və nəticədə sıxlıq yaranır. Onun üçün də Xırdalan dairəsinin alternativi olaraq Xırdalan şəhərinə Bakı-Qazax, Bakı-Muğanlı-İsmayıllı yoluna üç nöqtədən təyinat vermək lazımdır”.
Növbəti mərhələdə Koroğlu metro stansiyasının yaxınlığında olan qovşaq müzakirə olundu:
“Burada yeni tunellərin və qovşaqların yaradılması Bakı şəhərində tıxac məsələlərinə həll ola bilər. Azadlıq prospekti-Biləcəri istiqamətində olan ərazidə yeni yol körpüsünün inşasını və yaxud tunel tipli yol qovşağının inşasını nəzərdə tutmaq olar. Bu tip yol qovşağı ümumi olaraq hərəkət axınlarının istiqamətlərini təyin edə bilir. Yəni burada tıxacda qalma və resurs olaraq vaxt itirmə potensialı minimal ola bilər. Sonra həmin ərazidə yağış, sel, su basma bu kimi təhlükələr az olur. Ona görə ki, həmin sistemlər drenal vasitəsilə, həm də hopdurucular vasitəsilə yağış suları kənarlaşa bilər. Yəni yol ötürücü olaraq həmin yolda olan ötürücünün öz ərazisində olan yağış suları toplanır. Bu da birbaşa əlavə yüklənməni və yaxud tunelin dolması həmin ərazidə yağış sularının toplanmasının qarşısını alır. Bu sistem dünya ölkələrində xüsusən, indi müasir şəhərsalma memarlıq cəhətindən ən yüksək bir tendensiyanı özündə göstərir”.
Aslan Əsədov digər olaraq Azneft dairəsi istiqamətində yeni təkliflər irəli sürdü:
“Bu istiqamət də İçərişəhər metrosunun yeni çıxışı olarsa, insanlar üçün faydalı olar. Digər təkliflərin biri də, Avtovağzal metrostansiyasının yaxınlığında Bakı-Sumqayıt yolunun kənarına ən yaxın məsafədə yeni dayanacaqların təşkil edilməsidir. Bu dayanacaq bizə nə vəd verir? Dayanacaq ümumi olaraq həmin Şamaxinka ərazisinə avtobusların giriş-çıxışını tam problemsiz həll olunur. Xırdalan və Masazır dairəsindən, Sumqayıt istiqamətindən gələn avtobuslar, marşurutlar heç bir problem olmadan, birbaşa bu əraziyə daxil ola bilər”.
Sonra Aslan Əsədov media nümayəndələri və jurnalistlərin suallarını cavablandırdı. Sonda xatirə fotosu çəkildi.
Nuray Əliyeva