00:00:00
Yazar
Admin User
25.10.2025 11:06 150 1 dəq oxuma
Hadisə

Şirvanda dələduzluq edən şəxs saxlanılıb

Şirvanda dələduzluq edən şəxs saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları keçirilən tədbirlərlə beş nəfər şəhər sakininə qarşı dələduzluq etməkdə şübhəli bilinən Fərhad Xəlilov saxlanılıb.

 

"İnformator.az" xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, adıçəkilən şəxsin zərərçəkənlərin etibarından istifadə edərək, onlara yüksək məvacibli yaxşı işlə təmin olunmalarında köməkliklər göstərəcəyi barədə vədlər verdiyi və ümumilikdə 15400 manatı dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən edilib.

 

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, F.Xəlilov barəsində həbs qətimkan tədbiri seçilib.


Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər