00:00:00
Yazar
Admin User
08.07.2025 07:15 187 1 dəq oxuma
Hadisə

Siyəzənda qadının paraşütlə atlanarkən yıxılaraq ölməsi faktı üzrə araşdırma aparılır

Siyəzənda qadının paraşütlə atlanarkən yıxılaraq ölməsi faktı üzrə araşdırma aparılır

Şəxsin paraşütlə atlanarkən yıxılaraq ölməsi faktı üzrə araşdırma aparılır.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, iyulun 7-də Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Nuranə Məcidovanın Siyəzən rayonu Zarat kəndində yerləşən “Beşbarmaq” piri adlanan ərazidə dağdan paraşüt vasitəsilə atlanarkən yıxılaraq ölməsi faktı üzrə Siyəzən rayon prokurorluğunda araşdırma aparılır.

 

Hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər