00:00:00
Yazar
Admin User
03.10.2025 16:38 144 1 dəq oxuma
Hadisə

Şəkidə ağır qəza: 6 nəfər yaralanıb

Şəkidə ağır qəza: 6 nəfər yaralanıb

Şəkidə 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.


“İnformator.az”ın “Report”a istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


Belə ki, VAZ-2106 və "Volksvagen" markalı avtomobillərin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan üç nəfərinin xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıblar.


Digər üç nəfər - "Volksvagen"in sürücüsü 75 yaşlı Məmmədəli Mənəfov, VAZ-2106-nın sürücüsü 77 yaşlı Ağası Səmədov və sərnişini 42 yaşlı Nazim Məmmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.


Faktla bağlı araşdırma aparılır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər