Şəkidə faciə: ASAN Xidmətin ikinci mərtəbəsindən yıxılıb ölüb
Bu gün səhər saatlarında 4 yaşlı Mələk Nicat qızı Həbibova Şəki ASAN Xidmət mərkəzinin ikinci mərtəbəsindən yıxılıb.
"İnformator.az" APA-ya istinadla xəbər verir ki, azyaşlı dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.
